Azərbaycanlı hakim beynəlxalq dərəcə aldı

  • By admin
  • 10 İyul 2017 10:04

02

Polşanın Qdansk şəhərində gənclərin Avropa Kuboku yarışı zamanı Beynəlxalq Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlik üçün imtahanı keçirilib.  

Federasiyadan Gununsesi.info-ya verilən məlumata görə, imtahanda Azərbaycan Cüdo Federasiyasının respublika dərəcəli hakimi Nazim Umbayev də iştirak edib. Sınaqdan uğurla keçən Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb.

Bununla da, hazırda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərmizdən üçü – Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev federasiyamızın son 2 ildəki səmərəli fəaliyyəti nəticəsində bu dərəcəyə sahib olublar.

Anar

Gununsesi.info