Azərbaycanlı hakim Türkiyədə etirazla qarşılandı

  • By admin
  • 12 Yanvar 2017 22:38

rehim

 

Azərbaycanlı FİFA referisi Rəhim Həsənovun Türkiyənin Antalya bölgəsində idarə etdiyi oyunda narazılıq baş verib.

Publika.az xəbər verir ki, bu, “Kayrat” (Qazaxıstan) – “Kukesi” (Albaniya) matçında olub. Ona bu oyunda yan xətt hakimləri Akif Əmrəli ilə Cəmil Quliyev yardımçı olublar.

Həsənov Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu Almatı təmsilçisinin qapısına 8-ci dəqiqədə penalti təyin edib. Albaniya klubunun hücumçusu cərimə meydanına daxil olaraq yerə yıxılıb və FİFA referisi 11 metrlik nöqtəni göstərib. “Kayrat”ın futbolçuları hamılıqla buna etiraz etsələr də, Həsənov qərarını dəyişməyib. Ancaq “Kukesi”nin futbolçusu Pidiçin zərbəsi dirəkdən qayıdıb. Qazaxlar 49-cu dəqiqədə Qounun başla vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Rəhim Həsənovun cari mövsümün ilk yarısında “Qarabağ” – “Qəbələ” matçında qonaqların əleyhinə çıxardığı qərarları, xüsusilə penalti epizodu böyük səs-küy yaratmışdı.

Gununsesi.info