Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

FIFA referisi Elçin Məsiyev UEFA Superkubokuna təyinat alıb.

Gununsesi.info xəbər verir ki, o, PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.

Oyunu portuqaliyalı Joan Pedro Silva Pineyro idarə edəcək. Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.

Gununsesi.info