Azərbaycanlı hakimlər Avropa Liqasında

  • By admin
  • 22 İyun 2016 11:23

avro

 

Azərbaycanlı FİFA referləri Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıb. Gununsesi.info AFFA-nın saytına istinadən xəbər verir ki,  təyinat hər üç baş hakimə verilib.

Onlardan Rəhim Həsənov I təsnifat mərhələsinin ilk oyununda 4-cü hakim, cavab görüşündə baş hakim funksiyasını yerinə yetirəcək.

30 iyun

Slaviya (Bolqarıstan) – Zaqlembe (Polşa)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov

 Domjak (Sloveniya) – Lusitans (Andorra)

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübarizə Haşımov, Ömər Paşayev

 5 iyul

Birkirkara(Malta) – Şiroki Briyeq (Bosniya və Herseqovina)

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov