Azərbaycanlı icra başçısı koronavirusla bağlı müraciət yaydı

  • By admin
  • 27 Fevral 2020 16:16

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı Zaur Darğallı yerli sakinlərə müraciət ünvanlayıb.

Gununsesiaz.info “Report”-a istinadən xəbər verir ki, müraciət rayon rəhbərinin “Facebook” səhifəsində yerləşdirilib.

“Marneulidə yaşayan vətəndaşlardan koronavirusun qarşısının alınması məqsədi ilə Gürcüstanı tərk etməmələri xahiş olunur”, – müraciətdə bildirilib.

Gununsesiaz.info