Azərbaycanlı idmançılar dünya kubokunda medalsız qaldılar

  • By admin
  • 11 İyul 2016 16:27

olimpik

 

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.

Gununsesi.info-nun məlumatına görə, gimnastlar Marina Durunda və Jalə Piriyeva Azərbaycanı bu yarışlarda təmsil ediblər.
36 gimnast arasında keçirilən çoxnövçülük yarışlarında Marina 7-ci, Jalə isə 19-cu yerdə qərarlaşıb.
Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən Marina lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutub.

Gununsesi.info