Azərbaycanlı iş adamı dini radikalizm və terror ittihamı ilə tutulub - KRIMDA

  • By admin
  • 17 Yanvar 2017 11:08

ktim

Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb.

Gununsesi.info bildirir ki, iş adamının yaxınlarının APA-ya verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.

İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib.

Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub.

O, Krımda sahibkarlıqla məşğul olub.

Gununsesi.info