Azərbaycanlı iş adamı İstanbulda həbs olundu: Onu Xalq artisi ilə nə bağlayır? – FOTO

  • By admin
  • 14 Dekabr 2023 11:52

Dələduzluq ittihamı ilə həbs edilən iş adamı Dionis Şaholli ilə bağlı şok iddialar ortaya çıxıb. Pasportunda Albaniya vətəndaşı olduğu görünən Şahollinin də Rusiya vətəndaşı olduğu və adının Xamzat İsmayılov olduğu öyrənilib. Ancaq ortaya çıxan başqa bir iddia isə bunu eşidənləri heyrətə salıb. Bu şübhəlinin əslində bir vaxtlar məşhur azərbaycanlı müğənni Röya ilə münasibəti mətbuatda yayılan azərbaycanlı iş adamı Azad İsayev olduğu iddia edilib. Azad İsayev İnterpolun “qırmızı bülleten”lə axtarışa verilən şəxslər arasında olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Bakırköy və Küçükçekmece rayonlarında iki fərqli dələduzluq və təhdid şikayəti əsasında prokurorluq istintaqa başlayıb. Şikayət edilən şəxs İstanbulda beynəlxalq daşımalarla məşğul olan əcnəbi iş adamı Dıonis Şaholli olub. İki ayrı məhkəmədə aparılan istintaq zamanı iş adamı ilə bağlı şok iddialar ortaya çıxıb.

Küçükçekmece Cümhuriyyət Prokurorluğunda verdiyi ifadədə əvvəlcə alban əsilli olduğu görülən Şaholli rus kimliyini də açıqlayıb. Şəxsiyyətin saxta olub-olmaması araşdırılarkən Şaholli ifadəsində özünün də Rusiya vətəndaşı olduğunu və adının orada Xamzat İsmayılov olduğunu bildirib. Sorğu zamanı Şaholli dələduzluq ittihamlarını rədd edib. Küçükçekmece məhkəməsinə çıxarılan Şahollı haqqında məhkəmə nəzarəti qərarı çıxarılıb.

Məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılan Şaholli bu dəfə digər ittihamla Bakırköy məhkəməsinə aparılıb. O, Bakırköydə prokurorluq və məhkəməyə də ondan şikayət edən Ayşe S.Ö. ilə emosional münasibətdə olduğunu və ondan borc götürdüyü pulu ona verdiyini bildirib. Ayşe S.Ö.-yə zəng edərək onu təhdid etmədiyini iddia edib. O, bu məhkəmədə də bildirib ki, Şaholli Rusiya vətəndaşıdır və Xamzat İsmayılov adını daşıyır. Evində Rusiya tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi tapılan Şaholli barəsində Bakırköy məhkəməsi həbs qərarı çıxarıb.

Prokurorluqda dindirilmə və məhkəmədə keçirilən prosesdə Şahollı ilə bağlı daha bir şok iddia ortaya çıxıb. İddialara görə, Şaholli əslində bir vaxtlar Azərbaycan tərəfindən dələduzluqda ittiham olunaraq İnterpolun “qırmızı bülleten”lə axtarışa verilmiş iş adamı Azad İsayev olub. Şaholli prokurorluqda və məhkəmədə bu ittihamları təkzib edib. “Uşaq olanda mənə Azad deyirdilər. İşlə məşğul olduğum insanlar arasında adım Azad adlanır, amma mən azərbaycanlı Azad İsayev deyiləm”, – deyə o bildirib.

Milliyyəti azərbaycanlı olan iş adamı Azad İsayevin Azərbaycan tərəfindən bir müddət İnterpola axtarışa verildiyi açıqlanıb. Dələduzluqda ittiham edilərək barəsində qırmızı bülleten çıxarılan İsayev və onun tanınmış azərbaycanlı müğənni Röya ilə münasibəti günlərdir ölkədə danışılırdı.

Məhkəmə İnterpolun qeydində qırmızı bülletendə olan şəkli göstərməklə Şaholliyə bənzədiyini deyib. Şaholli “Mənə oxşayır, amma mən deyiləm. Məndən şikayət edən şəxs bu yolla mənim İnterpolda qeydiyyata düşməyimə səbəb ola bilər” cavabını verib.

Həbs olunaraq həbsxanaya göndərilən Dionis Şahollinin barmaq izləri götürülüb. Şahollinin azərbaycanlı iş adamı Azad İsayev olub-olmadığı Azərbaycan rəsmiləri ilə yazışmalardan sonra təsdiqlənəcək.

Gununsesi.info