Rusiyanın Saratov şəhərində azərbaycanlı iş adamı, Azərbaycanın vilayət üzrə diaspor fəalının qardaşının meyiti tapılıb. Gununsesi.info apa.az-a istinadən xəbər verir ki, Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov bildirib ki, Məzahir Əliyevin qardaşı, 1956-cı il təvəllüdlü iş adamı Rahib Əliyevin meyiti iyulun 3-də evində asılmış vəziyyətdə aşkarlanıb.
İş adamının ölüm səbəbi polis tərəfindən araşdırılır.
Onun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Ucar rayonunda ötən gün dəfn olunub.
Gununsesi.info