Azərbaycanlı iş adamı Rusiyada öldü

  • By admin
  • 19 Fevral 2024 14:16

Rusiyada yaşayan azərbaycanlı iş adamı, 1957-ci il təvəllüdlü Rahim Rüstəm oğlu Cəfərov dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə axar.az-a mərhumun yaxın qohumu məlumat verib.

Bildirilib ki, onun hansı səbəbdən öldüyü məlum deyil:

“Mərhumun nəşi ölkəmizə gətirilməyib, Rusiyada dəfn olunub”.

Qeyd edək ki, R.Cəfərov Cəlilabaddandır.

O, uzun illər Rusiyada yaşayıb. Mərhum bir neçə restoranın və ticarət mərkəzinin sahibi idi.

 

Gununsesi.info