Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

18 Avqust 2016 - 14:37

Azərbaycanlı “İŞİD”-çilərə hökm oxundu

mehkeme-huquq-300x239

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraqda İŞİD terror təşkilatının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə A. Mahmudov 14 il, E. Əsgərov 12 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Onlar 2012-2015-ci illərdə Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cumdul-Xilafə” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Gununsesi.info