Azərbaycanlı İŞİD-çinin başına 21 milyon pul qoyuldu

  • By admin
  • 12 İyul 2016 10:25

ulkar

 

Türkiyənin Daxili İşlər Nazirliyi axtarışda olan ən təhlükəli 48 İŞİD terrorçusunun adını elan edib. Onların arasında azərbaycanlı da var. Terrorçuların başına qoyulan pulun məbləği də açıqlanıb – 51 milyon lirə (təqribən 27 milyon manat). Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışda olan terrorçular arasında Azərbaycan vətəndaşı olan qadın da yer alıb.

Qeyd edək ki, adı terorçuların siyahısında olan azərbaycanlı İŞİD-çi, 29 yaşlı Ülkər Məmmədova ötən il oktyabr ayının 10-da yüzdən çox insanın ölümünə səbəb olan Ankara terrorunu törətməkdə şübhəli bilinir.

Siyahıda Azərbaycan vətəndaşı ilə yanaşı, Qazaxıstan və Türkiyə vətəndaşları da yer alıb. Terrorçuların əksəriyyəti Türkiyənin müxtəlif şəhərlərindəndir. Onlar təhlükəlilik dərəcəsinə uyğun olaraq bölünüblər – göy (ən təhlükəli), yaşıl, narıncı və boz. Ülkər Məmmədova göy rəngli təhlükə dərəcəsi ilə axtarışa verilib. Türkiyənin Daxili İşlər Nazirliyinin bundan əvvəl yaydığı rəsmi siyahıda da Azərbaycan vətəndaşı Ülkər Məmmədovanın adı yer almışdı. Ülkər Məmmədova İŞİD Teror Təşkilatının liderinin 6-cı hərəmidir. Həmin vaxt terrorçunun başına 200 min lirədən (təqribən 105 min manat) pul qoyulmuşdu. İndi isə bu rəqəm 500 min manata qədər artırılıb.

Xatırladaq ki, Ülkər Məmmədova hazırda İsveçdə mühacir həyatı yaşayan Avropa Azərbaycanlıları Milli Birlik Şurasının (AAMBŞ) sədri Qabil Rzayevin bacısı qızıdır. Qabil Rzayevin bu məsələylə bağlı Türkiyə MİT-nə çağrıldığı da söylənilir.

 

ulkar1

Gülnaz Qənbərli