Gununsesi.info virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı türkdilli “İslahHaber.net” portalı yayıb. Həmin İŞİD komandirinin “Heyet Tahrir’uş Şam” qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü bildirilir.
Mənbə bildirir ki, son vaxtlar “Heyet Tahrir’uş Şam” qruplaşmasının nəzarətində olan “azad bölgədə” bu qruplaşmanın üzvlərinə qarşı bomba yüklü motosikletlərlə, yollara mina basdırımaqla və digər üsullarla çoxsaylı sui-qəsdlər təşkil edilib. Nəticədə onlarla adam ölüb, çoxlu sayda yaralanıb.
Sayt “Hey’et Tahriru’ş-Şam”a bağlı “təhlükəsizlik xidmətinin” rəhbəri “Üsəma Xalid” adlı terrorçuya istinadən bildirir ki, sui-qəsdlərə görə ələ keçirilən bir nəfərin ifadəsi əsasında İdlibin qərbində yerləşən Salkın qəsəbəsində İŞİD-in nəzarətində olan gizli düşərgə müəyyən edilib. Həmin düşərgəyə “Heyet Tahrir’uş Şam” qruplaşması tərəfindən bir neçə gün əvvəl basqın edilib və bu zaman atışmada İŞİD-in sui-qəsdlər üzrə ixtisaslaşmış bir neçə yüksək rütbəli komandiri öldürülüb. Öldürülənlər arasında bu günlərdə İdlibdə sui-qəsd əməliyyatları həyata keçirən Azərbaycan əsilli İŞİD komandiri “Əbu Camal Azəri” də yer alır. Sayt həmin İŞİD terrorçusunun cəsədinin fotosunu da dərc edib.