Azərbaycanlı jurnalist xaricdə vəfat etdi

  • By Admin2
  • 05 Mart 2026 10:50

Əslən Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov (Əli Xasayoğlu) dünən Almaniyada vəfat edib

Gununsesi.info xəbər verir ki, bu barədə onun dostu Vahid Səfərov sosial şəbəkədə bildirib.

Mərhumun 59 yaşı vardı.

Əli Səlimov Qubadlının “Bərgüşad” qəzetində əmək fəaliyyətinə başlayıb. O, Əli Xasayoğlu imzası ilə “Azərbaycan işıqları”, “Azərbaycan”, “Zaman”, “Xalq cəbhəsi” qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. 2000-ci ilin əvvəllərində ailəsilə birgə Almaniyaya köçüb və orada yaşamağa başlayıb…

Mərhumun Almaniyada dəfn olunacağı bildirlib.

Allah rəhmət eləsin!

Gununsesi.info