Azərbaycanlı jurnalistlər Rəcəb Tayyib Ərdoğan və Binəli Yıldırımla görüşəcək

  • By admin
  • 11 İyul 2017 15:42

20048811_1375575285852617_877841907_o

Azərbaycanlı jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəklər.

Gununsesi.info-nun Ankarada səfərdə olan əməkdaşının verdiyi məlumata görə, azərbaycanlı jurnalistlərin iyulun 14-də baş nazir Binəli Yıldırım, iyulun 15-də isə Türkiyə prezidenti Ərdoğanla görüşü nəzərdə tutulur.

Görüşdə 15 iyul dövlət çevrilişi, ondan keçən bir müddəti, Türk xalqının bu xain dövlət çevrilişinə cəhdi, keçən zamana bir baxış və qarşıda duran hədəflər barədə Türkiyə dövlət rəhbərlərinin mövqeləri səslənəcək.

Gununsesi.info