Azərbaycanlı jurnalistlər Türkiyə və Gürcüstana gedəcəklər

  • By admin
  • 25 Aprel 2018 12:12

Bir qrup azərbaycanlı jurnalist yaxın vaxtlarda Türkiyə və Gürcüstana səfər edəcək.

Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, bu barədə Parlamet Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib. O qeyd edib ki, səfər Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlıdır.

“Cənab Prezident 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla bağlı düşünürük ki, biz jurnalistlərin də yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində fəaliyyəti olmalıdır. Gürcüstanda AXC-nin elan olduğu məkanda təbdir keçiriləcək. Ertəsi gün isə – 28 mayda Gəncədə, Azərbaycan Parlamentinin ilk iclası keçirilən məkanda tədbirimiz olacaq. Bu tədbirlər çərçivəsində 10 jurnalist Gürcüstana, 5 jurnalist isə Türkiyəyə gedəcək. Türkiyədə qardaş ölkə jurnalistlərinin iştirakı ilə böyük tədbir keçiriləcək”.

Qeyd edək ki, tədbirin təşkilatçısı Parlament Jurnalistləri Birliyidir. Bu layihə QHT Şurası tərəfindən maliyələşir.