Azərbaycanlı jurnalistlər Türkiyədə səfərdədir - ONLAR RƏSMİ ŞƏXSLƏR, NAZİRLƏRLƏ GÖRÜŞƏCƏK

  • By admin
  • 11 İyul 2017 11:02

turkiye-bay

Bir qrup azərbaycanlı jurnalist 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdlərinin bir illik tədbirlərini işıqlandırmaq məqsədi ilə Türkiyədə səfərdədir.

Gununsesi.info xəbər verir ki, Türkiyəyə səfər edən jurnalist nümayəndə heyətinin tərkibinə Gununsesi.info-nun əməkdaşı Mürtəza Bünyadlı, APA-nın əməkdaşı Ramiz Mikayıloğlu, Trend-in əməkdaşı Rufiz Qonaqov, SİA-nın əməkdaşı Zakir Rəhimli, Yeni cağ-ın rəhbəri Aqil Ələsgər, Avropa.info-nun rəhbəri Ruslan Bəşirli, “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov, “Report” informasiya agentliyinin əməkdaşı İlkin Pirəli və Azərtac-ın əməkdaşı daxildir.

Azərbaycanlı jurnalistlər iyulun 10-dan etibarən Ankaraya gedib. Səfər çərçivəsində azərbaycanlı jurnalistlər türkiyəli rəsmilərlə, xüsusən də nazirlərlə görüşəcək. İyulun 11-də azərbaycanlı jurnalistlərin Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşü nəzərdə tutulub. Azərbaycanlı jurnalistlərin eyni zamanda Türkiyə ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlut Çavuşoğlu, baş nazir Binəli Yıldırım, Avropaya inteqrasiya naziri və digərləri ilə görüşləri planlaşdırılır.

Səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iyulun 15-dən 16-na keçən gecə keçiriləcək toplantıda iştirak edəcək. Eyni zamanda, dünyanın bir çox ölkələrindən gələn jurnalistlərin də bir araya gələcəyi gözlənilir.

Mürtəza

Gununsesi.info