Azərbaycanlı kriminal avtoritet Amerikaya təhvil veriləcək

  • By admin
  • 18 İyul 2023 12:34

Çexiyanın ədliyyə naziri Pavel Blajek Gürcüstan vətəndaşı olan azərbaycanlı kriminal avtoritet Polad Ömərovun ABŞ-yə ekstradisiya edilməsi haqqında əmr imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS Çexiyanın “Pravo” qəzetinə istinadən yazır.

Ömərov yaxın günlərdə ekstradisiya olunmalıdır.

Qeyd edək ki, o bu ilin yanvarında Çexiyada beynəlxalq order əsasında tutulub və həmin vaxtdan həbsdədir.

P.Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəsi müəyyənləşən üç kriminal avtoriteti ABŞ-də yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.

Çex mediası P. Ömərovun Rusiya və Ukraynadakı Azərbaycan icmalarını terrora məruz qoyan cinayətkar dəstənin lideri olduğunu iddia edirdi.

Gürcüstan və Qazaxıstan da onun ekstradisiyasını tələb edirdilər. May ayında Praqadakı Şəhər Məhkəməsi P. Ömərovun ABŞ-yə verilə biləcəyinə qərar verdi.

Gununsesi.info