Azərbaycanlı məmur Avropada infarkt keçirdi -ÖZƏL

  • By admin
  • 03 Mart 2024 10:11

Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov İsveçrədə infarkt keçirib.

Bu barədə Gununsesi.info-ya DSMF-dəki mənbələrdən bildirilib.

Məlumata görə, fevral ayının 27-də İsveçrəyə gedən Himalay Məmişovun səhhəti orafa qəfil pisləşib. Xəstəxanaya çatdırılan Məmişova infarkt diaqnozu qoyulub.

Onun hazırda İsveçrədəki tibb müəssisələrinin birində həkim nəzarətində olduğu bildirilir.

 

Elmar

Gununsesi.info