Cənubi koreyalı Marqarita Soyla ilə ailə quran və Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalov ata olacağını elan edib. O, bu münasibətlə özünə “Porsche 911 (992)” hədiyyə alıb.
Gununsesi.org-un məlumatına görə, bu barədə cütlüyün “Instagram” səhifələrindən məlum olub.
“Beləliklə dostlar, sizə iki xəbər vermək istəyirəm. Birinci xəbər – mənim xəyallarım gerçəkləşdi… “Porsche 911 (992)” ilə tanış olun. Siyahıda ikinci, həyatımda önəminə görə isə birinci xəbərim odur ki, ata olacağam. Xanımımı, ailəmi dəlicəsinə sevirəm”, – deyə E.Zeynalov bildirib.
Marqarita Soy da “Instagram” hesabında bu sevincli xəbəri bölüşüb.
“Bu fotoda sənin üç qızın var – Sən ən yaxşı ər, ata və sahibsən. Səni sevir və səninlə fəxr edirəm”, – deyə M.Soy yazıb.