Azərbaycanlı müğənni özünə gizli toy etdi - VALİDEYNLƏRİNDƏN XƏBƏRSİZ (FOTOLAR)

  • By admin
  • 08 Yanvar 2018 13:30

Bu gün ARB-də “Səhər-Səhər” verilişində qonaq olan gənc müğənni Mirkamil Kamilovla bağlı şok edəcək faktın üstü açılıb.

Gununsesi.info xəbər verir ki, sözügedən məlumatı efirdə verilişin aparıcısı Elgiz Əkbər açıqlayıb:

“Bunlar neçə vaxtdır bir yerdə idilər. O da yaxşı, gözəl, istedadlı qızdır. Yaxşı oxumağı da var. Mirkamil icazə vermir adını açıqlayım. Özləri qərar veriblər, gedib evləniblər, heç kimə də deməyiblər”.

Aparıcının sözlərini təsdiq edən Mirkamil “Toy xarici ölkədə olub” deyib. Müğənni Bakıda da özünə toy çaldıracağını sözlərinə əlavə edib.

Əli Mirəliyev eşitdiyi məsələyə çılğın reaksiyası ilə diqqət çəkib: “Elə şey olar?! Valideynin xeyir-duası olmalıdır. Onun əziyyətini körpə yaşından valideyinləri çəkib, indi gəl denən ki, mən evləndim”.

Gununsesi.info