

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-də İrana səfər edəcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq Astarada olacaq və orada Astara (Azərbaycan) – Astara (İran) dəmiryol tikintisinin tamamlama işləri, İran Astarasında tikiləcək yük terminalı, eyni zamnda, Astara (İran)-Rəşt dəmiryol xəttinin çəkilişi istiqamətində görülən işlərlə tanış olacaq.
Ş.Mustafayevin İrana səfərində Azərbaycan prezidenti ilham əliyevin mart ayının birinci yarısında bu ölkəyə səfərinin hazırlıq məsələlərinin bir sıra detalları müzakirə olunacaq.
Səfirlikdən o da bildirilib ki, Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ərdəbil, Təbriz və Urmiyada olacaq.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ərdəbil, Təbriz və Urmiya əyalətində olacaq və buranın iqtisadi durmu ilə yerində tanış olacaqlar.
“Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Şərqi azərbaycan əyalətlərində yerli sahibkarlarla görüşərək, onlarla birgə əməkdaşlığın mümkün perspektivlərini müzakirə edəcəklər. Görüşlərdə hər iki ölkənin sahibkarlarının bir gə iştirakı ilə sərgilərin təşkil edilməsi və məhsullarını bu sərgilərdə nümayiş etdirmək, birgə layihələr həyata keçrimək, sərmayə qoymaq məsələsini müzakirə edəcəklər”- deyə, səfir C. Cahangirzadə bildirib.
Mürtəza
Gununsesi.info