
ABŞ-ın Ukraynadakı səfirliyi və Avropa Birliyinin yerli ofisi Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovun həbsini alqışlayıb.
Gununsesi.info Modern.az-a istinadən bildirir ki, onların birgə bəyanatında Nəsirovun korrupsiya araşdırmasının davam etdiyi müddət ərzində xidməti vəzifəsindən kənarlaşdırılması və barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçilməsini təqdir edib.
“Biz son məhkəmə qərarını alqışlayırıq amma həm də xüsusi antikorrupsiya məhkəməsinin vacibliyini qeyd edirik” – deyə bəyanatda deyilir.
Xatırladaq ki, azərbaycanlı Roman Nəsirov “dövlət əmlakını talamaq” maddəsi ilə həbs olunub. O, Ukrayna büdcəsindən 70 milyon dollardan artıq vəsait talayıb.
Gununsesi.info