Fətullah Güləni tənqidinə görə azərbaycanlı politoloq təhdidlərə məruz qalır. İyulun 15-dən Türkiyədə Fətullah Gülənin uğursuzluqla nəticələnən dövlət çevrilişi cəhdindən sonra hər zaman olduğu kimi Azərbaycan cəmiyyəti də qardaş ölkəyə bu çətin günündə dəstək verərək yanında olduğunu bəyan etdi. Azərbaycanlı politoloqlar Fətullah Gülən camaatının bu cəhdini qətiyyətlə pisləyərək Türk dövlətinə qarşı bir sui-qəsd hesab edi. Bu cəbhədə ən öndə dayanalardan biri də “Atlas” Araşdırmalar Mərkzinin rəhbəri Elxan Şahinoğlu oldu. Onun Gülən camaatının bu hərəkətini qınaması bu dəstənin Azərbaycandakı çətəsinin heç də xoşuna gəlməyib. Nəinki xoşuna gəlməyib, hətta başlayıblar ona qarşı hədə-qorxu gəlməyə başlayıblar.
Gununsesi.info xəbər verir ki, Elxan Şahinoğluna edlən hədlərlər bağlı öz Facebook səhifəsində də yazıb. O deyib ki, Fətullah Gülənin qiyamçı hərəkətini qınadığına görə, onu təqib edənlər arasında tanıdığı şəxslər də var: “Fətullah Gülən şəbəkəsini tənqid edəndə facebook-da əleyhimə şərhlər yazdılar, bunların içində tanıdığım və tanımadığım şəxslər var idi. Məni ədalətsiz olmaqda günahlandırırdılar, Gülənlə Pensilvaniyada görüşənlərdən biri yazdı ki, guya qərəzliyəm, Amerikada təhsil alanlardan biri yazdı ki, Gülənin Azərbaycan təhsili üçün gördüyü böyük işləri (təhislinin pullu olduğunu unutmayaq) gözməzlikdən gəlirəm, qəzet redaktorlarından biri isə yazdı ki, Gülən şəbəkəsindən niyə əl çəkmirəm. Hətta yerli gülənçilərdən biri hardansa mənim email adresimi tapıb məni mədəni şəkildə təhdid etmişdi”.
Politoloq əlavə edib ki, şərhləri və təhdidi normal qəbul etdim: “Əgər siyasi analizlərlə məşğul olursansa hamının xoşuna gələ bilməzsən. Ancaq məni başqa məsələ maraqlandırır. Gülən və onun formalaşdırdığı mason lojasına nifrət etsəm də, hazırda Türkiyədə işdən kütləvi çıxarılma siyasətinin “əcinnə ovuna” keçə biləcəyindən ehiyatlanıram. Saxta ittihamlarla “Egenekon” və “Balyoz” əməliyyatlarının təkrarlanmasını kimsə istəməz. Darbeçilər Türkiyə qanunları qarşısında cavab verməlidirlər, bu şəksizdir, çünki həm dövləti cinayət ediblər, həm də günahsız insanları qətl ediblər, ancaq Türkiyənin gələcəyi naminə günahsız insanların da həbsə atılmaması gərəkir”.
E,Şahinoğlu onu da əlavə edib ki, vaxtilə Gülən şəbəkəsinin təndiqlərimlə bağlı məni top atəşinə tutanlar indi müdrikcəsinə susurlar.
“Qafqaz Universitetinin sahibinin dəyişməsi ilə bağlı belə bir cümlə yaza bilmirlər. Demək canlarını uzun müddət müdafiə etdiyi və qazanc əldə etdikləri ideologiyadan üstün tuturlar, susmaqla vaxtilə Gülən ideologiyasından qazandıqlarını qorumağa çalışırlar. Yeri gəlmişkən, Türkiyədə Ərdoğana yaxın qəzetlər tez-tez Gülən şəbəkəsinin SOCAR-ın rəhbərliyində də kök saldığını yazırdılar. Bəs bu məsələ necə olacaq”, – deyə, o vurğulayıb.
Mürtəza Bunyadlı