Azərbaycanlı politoloqdan FETÖ-çülərə sərt söz - "NAMUSSUZLAR"

  • By admin
  • 28 İyul 2016 10:12

elxan

“Saxta ittihamlarla və gülənçilərin prokurorları vasitəsilə “Balyoz” və “Ergenekon” adıyla yüzlərlə namuslu hərbçi tutulanda bircəciyi də xaricə qaçmaq təşəbbüsündə bulunmadı, xaricdə olanı da gəlib məhkəməyə təslim oldu, çünki vətənə, millətə – Atatürk prinsiplərinə sadiq idilər. FETÖ-ya bağlı namussuzların isə həbsdən qorxaraq qaçmadıqları dermə-deşik qalmayıb”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu dilə gətirib.

“Başçıları isə Amerika qəzetlərində məqalələr yazaraq Vaşinqtona yalvarır ki, amandır məni Türkiyəyə təhvil verməyin. Mənə yenə kimsə “yaxşı təhsil verirdilər” nağılını xatırlatmasın. “Yaxşı təhsil” verdiklərinin əksəriyyətinin Türkiyədə 15 iyulda hansı xəyanətkar planı həyata keçirmək istədiklərini gördük”-deyə, o, daha sonra qeyd edib.

Gununsesi.info