Azərbaycanlı politoloqdan ilginc açıqlama - Türkiyə Ermənistanla sərhədi açarsa, Azərbaycan buna etiraz etməməlidir

  • By admin
  • 13 Avqust 2016 12:29

toqrul

“Əgər Ermənistan Qarabağ məsələsində, xüsusilə, danışıqlar çərçivəsində beş rayonun qaytarılması gündəmə gələrsə, Türkiyə tərəfi də Ermənistanla sərhəd qaplarının açılmasına müsbət baxacaq. Buna da Azərbaycan tərəfi etiraz etməməlidir”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərə bilər. Politoloq hesab edir ki, Ankara-Moskva yaxınlaşması Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatının  yaranmasna təkan verə bilər və belə bir format Bakının da maraqlarına cavab verir. O, Ankara-Moskva  yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün təsirlərini qeyd edib.“Mənə elə gəlir ki, Türkiyə-Rusiya- Azərbaycan üçlüyü formatını Azərbaycanın təhlükəsizliyi məsələsi ilə, xüsusilə də, qarşıda duran Qarabağ məsələsinin həllində ciddi bir müsbət addım olaraq dəyərləndirə bilərik. Həm Türkiyənin, həm Rusiyanın bölgədə maraqları var və bu maraqların təmin edilməsi, ya da toqquşmaması üçün , belə bir yanaşmaya ehtiyac var. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, Türkiyə sürəkli olaraq Qarabağ məsələsində Azərbaycanın mövqelərinə önəm verərək hərəkət etməyə çalışır. Rusiyanın görüşü bir az fərqlidir”- deyə, politoloq vurğulayıb. Politoloqun fikrincə,  Türkiyə, Azərbaycan və Rusiya üçü bir araya gəldiyi zaman bu, Qarabağ münaqişəsinin həllində müsbət məsələyə səbəb olacaq. “Və sadəcə, Qarabağ məsələsi deyil, Ermənistan və Türkiyə arasındakı münasibətlərin də bu çərçivədə həllinə, xüsusilə, sərhəd qapılarının açılması,  Qarabağ məsələsində xüsusilə danışıqlar çərçivəsində beş rayonun qaytarılması gündəmə gələrsə, Türkiyə tərəfi də Ermənistanla sərhəd qaplarının açılmasına müsbət baxacaq. Buna da Azərbaycan tərəfi etiraz etməməlidir” – T.İsmayıl qeyd edib.
Mürtəza 
Gununsesi.info