Azərbaycanlı polkovnik 7 il müddətinə azadlıqdan məhrum edildi - MOSKVADA - FOTO

  • By admin
  • 30 Yanvar 2017 12:08
polkovnik
Moskva şəhər Məhkəməsinin qərarı ilə azərbaycanlı polis polkovniki Tahir Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info “Komsomolskya pravda”-ya istinadən xəbər verir ki, Moskva şəhər Məhəkəmsində   fırıldaq yolu ilə vətəndaşların evlərini rieltor xidməti vasitəsi ilə əl keçirən 7 nəfərin məhkəmə prosesi gedir.  
Dəstə üzvlərinin əksəriyyəti milliyyətcə azərbaycanlıdır. Azərbaycanlı polkovnik Tahir Abbasov isə onları himayə etməkdə ittiham olunaraq həbs edilib.
T.Abbasov  Smolensk Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Polis polkovniki T. Abbasov Zörab və Hafiz Qasımov qardaşlarının yaşlı və tək yaşayan insanların mənzillərinin maxinasiya və fırıldaq yolu ilə ələ keçirməsinə dəstək verməkdə, onları himayədə  ittiham olunub.
Məhkəmənin qərarı ilə artıq T. Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə T.Abbasov barəsində qərar çıxarsa da, amma proses davam edir.
Belə ki,  “dəstə” üzvlərinin başçılarında biri hesab edilən Zöhran Qasımov axtarışdadır.
Z.Qasımov da 2014-cü ildə dəstə üzvləri ilə birlikdə həbs edilib.
 Məhkəmə onun barəsində həbs qətimkantədbiri seçmək barədə əsas tapmadığından azad edib.
Bundan sonra Z. Qasımov Rusiyanı tərk edib və  hazırda onun barəsində axtarış elan olunub.
Gununsesi.info