Prodüser Humay Muxtarova 34 yaşını qeyd edib.
Musavat.com xəbər verir ki, şəhər məkanlarının birində baş tutan məclisdə sənətçiləri və media nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan prodüser təəssüratlarını bölüşüb: “Hazırda həm doğum günüm, həm də nişan günümdür. Sevincliyəm. Yaşımın üzərinə yaş gəlir. 34 yaşım tamam olur və özüm boyda qızım var. Özümə qadın xoşbəxtliyi arzu edirəm. Xoşbəxtlik var-dövlətdən, hər şeydən də önəmlidir. Gələn hər bir qonağa təşəkkür edirəm”.
Daha sonra Humayın 14 yaşlı qızı Nuray onun barmağına üzük taxıb.
Prodüser bildirib ki, sevib-seçdiyi şəxs işi ilə əlaqədar Azərbaycanda olmadığı üçün nişan üzüyünü qızı taxıb: “Nişanlım tanınmış insandır. O, Maltada yaşayır. İşləri ilə əlaqədar gələ bilmədi, amma tək qaş üzük göndərdi. Nişanlımın kimliyini açıqlamayacağam, toyda hər kəs görəcək. O, qızıma tapşırdı ki, ananın üzüyünü barmağına özün tax. Biz uzun illər idi ki, dostluq edirdik. Ona görə də, qızım onunla ailə qurmağıma razı oldu”.
Gununsesi.info