Azərbaycanlı “qanuni oğru” 7 il azadlıqdan məhrum edildi

  • By admin
  • 09 Yanvar 2017 12:20
albert
 
Azərbaycanlı “qanuni oğru” Əli Heydərov (kriminal aləmdə “Albert Rıjiy, Albert Piterskiy və ya Albert Gəncinskiy kimi tanınır-red) 7 il müddətinə azadlıqdan məhrum edilib.
 Gununsesi.info “primesrime”-yə istinadən xəbər verir ki,  35 yaşlı  azərbaycanlı kriminal avtoritet Əli Heydərov Sankt-Peterbuq şəhər Frunze rayon məhkəməsinin qərarı ilə 7 ilə azadlıqdan məhrum edilib.
Ə.Heydərov  qanunsuz olaraq dövlət sərhəddini keçməyə, saxta sənəddən istifadəyə, “razborka” və “razboy”larda  günahkar bilinib.
Əli Heydərov 2012-ci ildə  Snkt-Peterburqda  menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən “qanuni oğru” titulunu alıb. 2014-ci ilin iyulunda Sankt-Peterburqda həbs olunmamışdan bir ay öncə Türkiyənin Ədirnə şəhərində  rəqibləri ilə atışmadan özünü güclə xilas edib və ölümdən dönüb.
Onun hazırda kriminal aləmdəki ən böyük rəqibi “Lotu Quli” hesab olunur.
Gununsesi.info