Azərbaycanlı “qanuni oğru” saxlanılıb - FOTO

  • By admin
  • 11 Avqust 2017 17:36

yunus

Rusiyanın Ulyanovsk vilayətində kriminal aləmdə daha çox “Yunus Bakinskiy” və ya “Yunus Yasamalskiy” kimi tanınan 56 yaşlı Yunus Nəzərov polis tərəfindən saxlanılıb.

Gununsesi.info “primecrime”ya istinadən xəbər verir ki, məhkəmə azərbaycanlı kriminal avtoritetin 3 gün ərzində könüllü olaraq Rusiya ərazisini tərk etmək barədə qərar çıxarıb.

Verilən məlumata görə, məhkəmənin qərarından sonra “qanuni oğru” “Yunus Yasamalski” ortalıqda görünməyib və onun hara getdiyi barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Yunus Nəzərov 2015-ci ildə Rusiyanın miqrasiya qanunvericiliyini pozduğuna görə deportasiya olunub. Onun yenidən Rusiyaya qayıdacağı gözlənilir.

Azərbaycanlı “qanuni oğru” 6 dəfə məhkumluq həyatı yaşayıb. O, ilk dəfə 1982-ci ildə “qanuni oğru” Yetim Hüseyn tərəfindən ad alıb.

publika.az1422362900018dd6fa6b16238286948dc554f818e3

Gununsesi.info