Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük işçiləri tərəfindən, “Qırmızı Körpü” gömrük keçid məntəqəsində şübhə əsasında Azərbaycan Respublikasının vətəndaşı V.M-ya məxsus yük avtomobilinə ətraflı baxış nəticəsində elan edilməmiş müxtəlif cib telefonları və ev əşyaları aşkarlanıb.
Gununsesi.info Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Məlumata görə, malların ümumi gömrük dəyəri 3409 GEL təşkil edib.
“Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən, qanun pozan vətəndaşa sanksiya olaraq 3,409 GEL cərimə tətbiq olundu”, – Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Gununsesi.info