Martın 18-dən 23-dək Tayvanın paytaxtı Taybey şəhərinin konqreslər mərkəzində Dünya Neyroradioloqlar İttifaqının XXI ümumdünya simpoziumu keçirilib.
Gununsesi.info xəbər verir ki, dörd ildən bir təşkil edilən bu mühüm ümumdünya forumu neyroradioloqların ən əsas elmi qurultayıdır və 1939-cu ildən keçirilir.
Azərbaycanı bu tədbirdə əsas məruzəçilərdən biri kimi dəvət almış N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin rəhbəri, tanınmış radioloq Yunus Əfəndiyev təmsil edib.
Konqresdə dünyanın bir çox neyroradioloqları, o cümlədən korifeylər siyahısında olan J.Barkoviç (ABŞ), A.Osborn (ABŞ) kimi mütəxəssislər də iştirak edib.
Növbəti neyroradioloji simpozium Nyu York şəhərində keçiriləcək
Əlavə məlumatı konqresin saytında əldə etmək mümkündür www.snr2018.org.
Gununsesi.info