Azərbaycanlı Rusiyada Baş nazirin müavini təyin olundu

  • By admin
  • 25 Yanvar 2017 14:30

azerbaycanli

Rusiyanın Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə həmyerlimiz Fərhad Səmədov Baş nazirin müavini təyin olunub.

Bu haqda Gununsesi.info-ya  Diasporla Iş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.

Qeyd edək ki, Fərhad Astan oğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.

1994-1998-ci illərdə “Eksimer” Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.

Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov Baş nazirin müavini təyin edilənədək “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.

Gülnaz Qənbərli

Gununsesi.info