Azərbaycanlı şahmatçı Ukraynaya görə FİDE yarışlarından imtina etdi

  • By admin
  • 07 Aprel 2022 11:19

Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında yarışlarda iştirakdan imtina edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə o, özünün Facebook hesabında yazıb.

34 yaşlı qrossmeyster bu addımı Rusiyanın Ukrayna ilə müharibəsinə görə atdığını deyib: “Nə qədər ki, FİDE prezidentin Rusiyapərəstdir, müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!”,- deyə o yazıb.

Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.

Gununsesi.info