Azərbaycanlı şairin vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdiriləcək - FOTO

  • By admin
  • 30 Noyabr 2021 09:37

Azərbaycanlı şair, satirik Əvəz Qurbanlının səhhəti kəskin pisləşib.

Gununsesi.info xəbər verir ki, Əvəz Qurbanlı bu barədə özü məlumat verib:

“Əziz dostlar! 10 gündən artıqdır temperaturum 39-40 arasında dəyişir. Sağlıq durumum həyatımda heç olmadığı qədər kritikdir. Bu günə qədər bu barədə kimsəyə bildirmədim. Düşündüm keçib gedər.

Amma keçmədi. Bu gün təcili yardım gəlib xəstəxanaya yerləşdirməlidir. Heç kəsdən bir gözləntim yoxdu. Yalnız səmimi dualarınıza ehtiyacım var”.

Gununsesi.info