“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundov paytaxtda yerləşən dəbdəbəli restoranında oğlu Tanrıverdi Axundova toy edib.
Gununsesi.info xəbər verir ki, toyda tanınmış insanlar, məmurlar, iş adamları iştirak edib.
Toyun aparıcılığını əməkdar artist Abbas Bağırov edib.
Toyda iştirak edən müğənnilər arasında Mətanət İsgəndərli, Rəhim Rəhimli və Miri Yusif də olub.
Xatırladaq ki, tanınmış iş adamı İsfəndiyar Axundovun Allahverdi və Tanrıverdi adlı əkiz oğulları var.”Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı bir müddət öncə oğullarının sürdüyü bahalı maşınlarla da ölkə mediasının gündəminə gəlmişdi.(unikal.org)
Gununsesi.info