Gununsesi.info xəbər verir ki, Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib. Hadisə Kayseridə baş verib.
Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı TIR markalı yük maşını Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik maşınında olan 4 nəfər-Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk hadisə yerində ölüb. Ölən şəxslərin hamısının tələbə olduğu bildirilib.
Xəsarət alan daha iki nəfər isə Kayseri xəstəxanasına yerləşdirilib.
Gununsesi.info