Azərbaycanlı və erməni hərbçilər arasında DAVA: Hərbi hissə komandirinin burnunu sındırdılar

  • By admin
  • 21 May 2021 16:24

Azərbaycan və Ermənistan ordusunun hərbçiləri arasında kütləvi dava baş verib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Zəngəzurda mübahisəli ərazilərdən birində baş verən dava zamanı Gorusdakı hərbi hissənin komandirinin burnu sındırılıb.

Gorus hospitalına müxtəlif bədən xəsarətləri ilə ümumilikdə, 10 erməni hərbi qulluqçunun daxil olduğu xəbər verilir.