Azərbaycanlı xanımla evli olduğuma görə özümü xüsusi imtiyaz sahibi kimi hiss edirəm - Məşhur alman memar

  • By ilhame
  • 11 Avqust 2024 14:29

İçərişəhər Bakının ürəyidir. Bütün əcnəbilər oradakı dar küçələrin gözəlliyini, nəzakətini dərhal hiss edirlər”.

 

Azərbaycanlı xanımla evli olduğuma görə özümü həqiqətən də xüsusi imtiyaz sahibi kimi hiss edirəm”.

Thomas Schinko – Məşhur memar, dizayner. “Vasconi” Memarlıq və Dizayn Studiyasının baş memarı. Dünyada ən dəbdəbəli, nəhəng və bahalı binaların memarıdır. Bakıda, Xəzər dənizinin sahilində bir çox heyrətamiz memarlıq nümunələrinin yaradıcısıdır. T. Schinko Azərbaycan tibb elminin görkəmli xadimlərindən olan Bəşir Quliyevin nəvəsi Aytən Mirzoyeva ilə evlidir. Xatırladaq ki, bir neçə il öncə ABŞ prezidenti Donald Tramp şəxsən Aytən Mirzoyevanı öz andiçmə mərasiminə dəvət etmişdi.

 

Thomas Schinko HafizTimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlardan söhbət açıb, memarlıqla bağlı fikirlərini bölüşüb. “İçərişəhər”in gözəlliyinə, qədimliyinə heyran olduğunu vurğulayan məşhur memar, Azərbaycan ilə onu bağlayan əlaqələrə də aydınlıq gətirib. T. Schinko Bakının memarlıq xüsusiyyətləri ilə bağlı çox ciddi məqamları da açıqlayıb.

– 1970-ci ildə Almaniyanın cənubunda dünyaya göz açmışam. Texnologiyanın yüksək inkişaf etdiyi bir regionun övladıyam. Zəngin mədəni irsə və müasir incəsənət səhnəsinə malik bir regiondur. Ailəm çoxşaxəli mədəni köklərə malikdir: alman, fransız, İsveçrə və Avstriya. Fransa ilə sərhədin yaxınlığında böyüdüm. Təbii ki, möhtəşəm fransız mədəniyyətini, dilini mənimsədim. Parisdə Memarlıq ixtisası üzrə təhsil aldım. Karlsruhedə Politexnik Universitetinin məzunu oldum. Ecole de Bellevilledə tədqiqatlar apardım.

Nə üçün memar olmağa qərar verdiniz?

 

– Təbii ki, intuisiya ilə! Mən həmişə tikinti, dizayn və tarixi sevmişəm. Memarlıq çox nizam-intizamlı bir sahədir və insan həyatının bütün fəaliyyətlərinə toxunur. Mən də bütün sahələrə maraq göstərdiyim üçün təbii olaraq memarlığı seçdim. Memarlıq da elm, incəsənət, musiqi, mühəndislik, əyləncə və davamlı inkişaf kimi bütün insan fəaliyyəti növlərini ilə məşğul olmaq imkanlarını mənə təqdim etdi.

Memar olmaq üçün çalışdığınız həmin illəri necə xatırlayırsınız? Yaxşı memar olmaq üçün nə etmək lazımdır?

 

– Memarlıq məktəbimizin multimedia hovuzunda ağır iş və yuxusuz gecələr… Xüsusilə Parisdə təhsil aldığım zaman hər cür informasiyanı özünə soran bir süngər kimi idim. Mən hələ də bizim arxivlərin dərinliklərində araşdırmalar aparıram, gün ərzindəki bütün fəaliyyətimi qeyd edirəm.

–  Hazırda hansı layihələr üzərində çalışırsınız?

 

– Bir çox layihə üzərində işləyirik: Kiyevdə “Metrople Plaza” və “Jelanskaya Towers”, yüksək istifadə imkanlarına malik olan residenslər, Parisdən bir saat uzaqlıqda Le Mansdakı məşhur yarış trekinin yaxınlığında bir eko-şəhər layihəsi və Nanjingdə enerjinin israfı ilə bağlı bir layihə… Çox sayda villa, ofis və yaşayış binaları…

– “Vasconi Architectes”in bu günə qədər keçdiyi yol, fəaliyyət sahəsi ilə bağlı bilmək istərik.

 

– “Vasconi Architects” bir memarlıq laboratoriyasıdır. Uzun müddətli layihələr, masterplanlar, yaşayış və ofis binaları, sənaye obyektləri, opera və konsert zalları və səhiyyə müəssisələrinə sahibdir. Memarlıq və mühəndisliyə yanaşmamız hər sahədə işləməyimizə imkan verir. Təbii ki, bu da sübutlarla əks olunur. Texnologiya və elm mühəndisləri, landşaft memarları, dizaynerlər, eko-mütəxəssislər, sosioloqlar və rəssamlarla bir komanda şəkilində birləşmək bütün növ lahiyələri həyata keçirməyə imkan verir. Bu həmçinin yaxşı layihələrin uğurlu olmasına zəmanət verir. Dizayna yanaşmamız bizim opera və konsert zalları kimi daha çox sənət sahələrinə yönəlməyimizə kömək etdi. Bu gün də biz çalışaraq daha çox öyrənirik. Ən yaxşı nəticələr əldə etməyə çalışırıq! Dizayn, texnologiya və davamlı inkişaf sahəsində mükəmməl təcrübəyə sahib, böyük komandanın bir parçası olan bütün şəxsləri bu sahədə görməyi sevirik. Beləliklə hər bir layihə özündə müəyyən dəyərləri daşıyacaq. Bu dəyərlər binanın tikinti və dizaynında iştirak edən bütün şəxslərə kömək edəcək. Hər bina insanın daha yaxşı bir gələcəyi formalaşdırma qabiliyyətini ifadə edir.

Vasconi Architects” necə layihələr həyata keçirir?

 

– 40 ildir ki, nüfuzlu, böyük miqyaslı şəhər layihələri və nəhəng dizaynlar hazırlayırıq. İnnovativ yaşıl texnologiyalar, ekoloji materiallar, enerjiyə qənaət edən dizaynlar tətbiq edirik. Təbii ki, bütün bunlar da istifadəçilərin tələblərinə cavab verir. Dizayn studiyamız bu təcrübəni lüks ofis binalarında, ən son texnologiyaya sahib otellərdə, yüksək səviyyəli yaşayış və sənaye binalarında, infrastruktur layihələri, tullantıları təmizləyən qurğularda və səhiyyə müəssisələrində tətbiq edir. Zaman keçdikcə biz inqilabi əhəmiyyət daşıyan, yüksək təsirli ekoloji dizaynlar yaratmaq üçün məşhur beynəlxalq mühəndislik şirkətləri ilə güclü əlaqələr qurduq.

Bu dizayn yanaşmamız nəticəsində bir çox beynəlxalq mükafatlara layiq görüldük: “Green Building Merit Award”, “FIABCI Prix d’ Excellence Award” və “Grand Prix d’ Architecture Midi-Pyrenees Award”, “MIPIM Awards”, “SIMI Awards” və s. Şirkət Səudiyyə Ərəbistanında Riyad Beynəlxaq Konqres və Sərgi Mərkəzini (RICEC) dizayn etdi. (189 min kvadrat metrlik ). Binanın dalğa formasındakı fərqli üst hissəsi hazırda Riyad şəhərinin ən məşhur dizaynıdır. Honkonqda Tuen Munda şəhərində dünyanın ən büyük palçıq təmizləmə qurğularını inşa emək üçün beynəlxalq dizayn müsabiqəsinin qalibi olduq. “Vasconi Architects” məşhur “Hotel Melia Paris La Défense”i dizayn etdi. Zərif bina həcm və işıqla xarakterizə edilən şüşə prizamadır.

Bu yaxınlarda TDF Romainvilledə 19-cu əsrdən qalmış bir qalada yerləşən yeni dizayn edilmiş “Tech-kampusu” nu açdı. 80-ci illərin sonlarında hazırlanmış və mədəni miras hesab edilən Radio və Telekommunikasiya Qülləsi də ora daxildir. Hazırda “Vasconi Architects” Kiyevdə qarışıq dizanlara sahib “Metropole” adlı layihə hazırlayır və ötən il onun innovativ dizaynına görə Londonda “European Property” mükafatına layiq görülüb.

Daha çox hansı layihənizlə qürur duyursunuz?

 

– Honkonqda “T Park”, Parisdə “The Hotel Melia La Defense Hotel”… Açıq desəm ki, “Vasconi Architects” komandasının əzmi və fədakarlığı ilə hazırlanan hər bir layihə ilə qürur duyuram. Hər bir layihənin mövcudluğunun öz səbəbi var. Bəzən kiçik layihələr insanların gündəlik həyatına inandığımızdan daha çox təsir göstərir. Memarlıq ölçü və hündürlüklə bağlı deyil. Bu daha çox insanları ruhlandırmaq və onlar arasında əlaqələri daha da gücləndirməklə bağlıdır.

Müştərilərinizi daha çox hansı şərtlərə əsasən seçirsiniz?

 

– Müştərilərimiz dizayn, davamlı və etibarlı binalar üçün bizi seçirlər. Onlar dizayn prosesində aktiv şəkildə iştirak edirlər. Və layihənin bir hissəsi olurlar, dəyərli dizayn qrupumuzla bir növ bütünləşirlər. Buna görə də yaxşı nəticələr əldə edə bilirik. Ən yaxşı bir memar öz müştərisi ilə tərəfdaş, ortaq, rəqib və bir dost ola bilmirsə, həmin memar öz dizaynında itib yox olacaq. Ev tikmək təvazökarlığın böyük bir nümunəsidir. Və ən əsası da etibar və sadiqliyə əsaslanır.

Hansı ölkələrdə çalışmaq daha əlverişli və asandır?

 

– Hər şey müştərilərimizlə olan münasibətimizə bağlıdır. Və bunu dizayn və tikinti prosesinə cəlb olunmuş bütün qruplarla paylaşmağı bacarmaq lazımdır. Bu ölkələrlə bağlı deyil.

Memarlığın inkişafını növbəti on ildə necə görürsünüz?

 

– Renzo Piano, Riçard Rogers, Moneo, Vasconi və İ.M. Pei nəslinə heyranam. Əslində tikintiyə onlar kimi bağlı olan yeni nəsil görmürəm. Qorxuram ki, dizayn memarlığa üstün gələcək, texnologiya da memarlığın yerini tutacaq. Mən hələ də optimistəm. Düşünürəm ki, memarlıq cəmiyyətimizdə, qloballaşan dünyada, ekoloji problemlərin artdığı bir zamanda yenidən aktiv bir rol oynayacaq.

–  Urbanizm layihələri ilə bağlı nə düşünürsünüz? Gələcək şəhərləri necə təsvir edərsiniz?

 

– İnanıram ki, böyük şəhərlər keçmişin dəyərlərinə geri qayıtmaqla intibah yaşayacaqlar. Bəşəriyyətin sürətli həyat tərzi və ətraf mühitlə harmoniyoda olan şəhərlər yaradacağına inanıram. Ekoloji, təbii sərvətlərimizə zərər verməyən şəhərin sayı daha da çoxalacaq. Bu gün yer kürəsi məhdud bir qaynaqdır. Buna görə biz təbii parklar və bağlar ilə əhatə olunan və yüksək sıxlığa malik olan şəhərlər barədə düşünməliyik. Bu günün memarlarının ən böyük çətinliyi bəşəriyyətin böyüyən şəhərləşmə meyli ilə ətraf mühiti uzlaşdırmaq olacaq. Şəhərləri daha səmərləri formaya salmaq üçün innovativ yanaşmalara ehtiyacımız yaranacaq. Məsələn: Şəhər təsərrüfatı – əkinçiliyi, geniş tavanlı bağlar, “Sünger şəhər” və “Ağıllı şəhər” və s.

Siz hansı şəhər layihələrini (Urbanizm) həyata keçirmisiniz?

 

– Lüksemburqun Belval şəhərindəki keçmiş polad zavodunda, Berlində Borsig keçmiş fabrikin yenidən qurulması, Honkonqda “T-park” və “Le Mansdakı Novaxud” eko-şəhər layihələrimiz innovativ ekoloji yanaşma ilə bağlıdır. Çirklənmiş keçmiş sənaye şəhərlərini yeni yaşayış bölgələrinə çeviririk. Yeni şəhər keçmiş, mövcud şəhərin üzərində inşa ediləcək. Beləliklə bizim şəhər mədəniyyətimiz daha da zənginləşəcək.

Bunları yaratmaq üçün nədən ilham alırsınız?

– Memarlıq komanda şəklində idmandır. Komandanın hər bir oyunçusu “qutudan kənar düşünərək” yenilikləri qəbul etməli və müştərisinə ən yaxşı formada təqdim etməlidir. Ən yaxşı ilham mənbəyim bizim dizayn işlərimizi müzakirə edən əməkdaşlar, mühəndislərlə bağlıdır. Bəzən intuisiya ən yaxşı ilham mənbəyinə oxşayır. Çünki beynimiz bəzən çox informasiyalara görə yorğun olur. Musiqiyə qulaq asmaq, ifa etmək, sənətə meyl, rəsm çəkmək intuisiyalarımınızı, qavrayışımızı daha da gücləndirə bilər. İncəsənət, elm və texnologiya dünyası ilə hər hansı bir qarşılıqlı əlaqə, məni uzun və yorucu memarlıq yoluma davam etməyə təşviq edir.

Bakının memarlıq – dizaynı barədə nə düşünürsünüz? Azərbaycanda hansı binaları bəyənirsiniz? Bakı, Azərbaycanla bağlı fikirlərinizi bilmək istərik.

 

– Yuxarıda qeyd etdiyim səbəblərə görə öz istehkamlarını qoruyub saxlayan şəhərlərə heyranam. “İçərişəhər” Bakının ürəyidir. Bütün əcnəbilər hakim küləklərdən müdafiə olunan, mikro iqlimin hökm sürdüyü kiçik evlərin, dar küçələrin gözəlliyini, nəzakətini dərhal hiss edirlər. Bakıya memarlıq dünyasında gözəl tarixi olan böyük bir şəhər kimi heyranam. Onun zərif memarlıq inciləri İran, Avropa və Qafqaz təsirlərini özündə birləşdirir.

Bakı regionun ən gözəl və nüfuzlu metropol şəhərlərindən biridir. Azərbaycan caz musiqisinin böyük bir pərəstişkarı kimi qeyd etməliyəm ki, keçmişin və bu günün bəzi dizaynları incə xəttlər və titrəyişlər axını ilə bir az sürətləndirilib.Bu da Azərbaycanla bağlıdır. Zaha Hadid imzası daşıyan həmin bina da bu zərif axının bir hissədir və bu şəhərin memarlığa, dizayna necə böyük önəm verdiyini göstərir. Bakı inkişaf edən və insanlara hörmət edən bir şəhərdir.

Siz bir memar kimi Bakıda nələri dəyişmək istərdiniz?

 

– Biz elə bir intensiv şəhərlər yaratmalıyıq ki, insanlar həm oradakı sıxlıqdan, həm də əsl təbiətdən zövq alsınlar. Bakı Xəzər dənizinin sahilində yerləşən bir şəhərdir. Bu isə müxtəlif gözəllikləri ortaya çıxarmaq, həmçinin də davamlı böyümək üçün əlavə fürsətlər təqdim edir. Bakı özünün daxilindəki gözəlliyi, gizliliyi, mədəniyyət və ənənələri üzə çıxarmalıdır. Hər bir şəhər oradakı cəmiyyətlərin ifadəsidir. Səmərqənd, İsfahan, Paris, Nyu-York kimi… Güclü şəhərlər güclü bir kimliyə sahibdir. Qlobal dünyada başqalarını təqlid etməyə çalışmamalıyıq. Fərqimizi, ənənələrimizi qürurla təqdim etməliyik. Beləliklə, Bakı da Avropa, Qafqaz və İran (Fars) arasında öz yerini, kimliyini tapacaq.

Tarixi abidələr sizin üçün nə məna ifadə edir? Qədim abidələrin qoruması ilə bağlı hansı işlər görülməlidir?

 

– Vaxtımın çox hissəsini tarixi binalar və onların bərpasını öyrənməyə həsr etmişəm. Həmin tarixi binaların qorunmasında iştirak edən bütün həmkarlarıma dərin hörmət bəsləyirəm. Köhnəlik və yeniliyin bir yerdə tutulmasını, yolların, ictimai yerlərin, parkların gələcək nəsillər üçün qorumasını vacib hesab edirəm. Bu növ şəhərlər sonsuzadək valığını qorub saxlayar və hər nəsil onun nə məna ifadə etdiyini müəyyən edə bilər.

Mən İ.M. Pei-nin Louvre yenilənməsinin gözəlliyini sevirəm. Bu şəhərə ikinci həyat bəxş edir. Piramida bu gün Parisin simvolik abidələrindən biridir. Tarixi abidə ilə müasir metropol şəhərin ifrastrukturları arasındakı bu səmərli əlaqəni çox bəyənirəm. Antik şəhər həmişə mübadilə, ticarət, tədris, toplaşma, yaşamaq üçün bir yer idi. Tarixi şəhərlərimizi qorumalıyıq. Şəhərlər nəfəs almalı, yaşamalıdırlar. Hər bir nəsil öz şəhərində keçmişini silmədən yaşamaq və ifadə etmək hüququna malik olmalıdır. Mən köhnə binaların yenidən istifadəyə verilməsini düşünürəm. Çünki bu həmin binaların gələcək əsrlərdə də varlıqlarını qorumaları üçün bu ən yaxşı üsuldur. Təəssüf ki, hazırda Parisdə Notr-Dam-ın yenidən qurulması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, UNESCO-nun Bakıdakı növbəti qurultayında bu abidənin yenidən qurulması ilə bağlı müzakirələrin şahidi olacağıq. Qlobal irsi hər kəs qorumalı, sahib çıxmalıdır.

–  Sizin uğur sirriniz nədir?

 

– Müvəffəqiyyət nisbi və dəyişkəndir. Həmçinin işimizin yeganə aparıcı elementi olmamalıdır. Bizim peşə dəyərlərə əsaslanan bir çox başqa peşələr kimidir. Layihələri həyata keçirməklə yanaşı bu dəyərləri də qoruyub saxlamağı bacarmaq deməkdir. Bir müştəriyə və yaxud layihəyə “xeyr” demək memarlar üçün bəzən ən böyük çətinlikdir.

Mən güclü dəyərləri olan və təmiz vizyona malik bir studiyada böyüdüm. Mənim ən böyük müvəffəqiyyətim gündəlik həyatımızı yaxşılaşdırmaq, planetimizdə yaxşı bir yer hazırlamaq, bunun kimi insani dəyərlərimizi mümkün qədər geniş yaymaqla bağlıdır. Beləliklə bütün bunlar bəşəri dəyərləri əks etdirən memarlıq fürsətlərini ortaya çıxaracaq.

Bir tələbəni yaxşı memar kimi yetişdirmək üçün nə etmək lazımdır? Gənclərə uğur qazanmaları ilə bağlı hansı məsləhəti verərsiniz?

 

– Memarlıq sürət yarış, marafon deyil. Strategiya və dözümlülükdür. Memarlıq sizi öz ambisiyalarınıza məhkum edə bilər. Biz gənc memarları risk almağa, dərhal hərəkətə keçməyə təşviq edirik, ruhlandırırıq. Bəzən özlərini gərgin hiss edirlər, tərk edirlər. Memarlıq bir ehtirasdır. Sonsuz sayda dizaynlar hazırlarkən bu ehtirasın bizi könüllü bir məhkuma çevirəcəyini də bilirik. Həmçinin həyat da qısa və məhduddur. Memarlıq inşa etməklə bağlıdır. Buna görə də tövsiyyə edirəm ki, yaxşı memarlıq təcrübəsi keçsinlər, tikinti yerlərini ziyarət etməkdən qorxmasınlar.

Bildiyimiz kimi, siz Azərbaycanda hörmətli bir ailəni təmsil edən Aytən Mirzoyeva ilə evlənmisiniz. Bu nikah həyatınıza, karyeranıza necə təsir edir? Sağlam, möhkəm ailəni necə təsvir edərsiniz?

 

– Memarlıq, musiqi və incəsənətə olan heyranlığımı bölüşə bilən gözəl bir azərbaycanlı xanımla evli olduğuma görə özümü həqiqətən də xüsusi imtiyaz sahibi kimi hiss edirəm. Biz ruh əkizləriyik və ayna kimi bir-birimizi əks etdiririk.

Aytən uzun müddət Nyu-Yorkda olduğu üçün biz xaricdə yaşamaq və öz yolumuzu qurmaq kimi eyni təcrübəni bölüşürük. Bu sizin əhatə dairənizi genişləndirir, öz mədəniyyətiniz və şəxsiyyətinizlə olan bağınızı gücləndirir. Beləliklə, Kənan və Aytən öz ölkələrinin gözəl səfirləridir. Nəticədə mənim bizim ev üzərindəki təsirim studiyamla yekunlaşır. Çinlinin dediyi kimi: “Mühüm suallar kişi tərəfindən müəyyənləşdirilir, ancaq indiyə kimi heç bir vacib qərar verməyib”. Beləlik mənim xanımım mənim dünyamı idarə edir.

Gununsesi.info