Türkiyədə 457 milyon lirə dəyərində 4 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb.
Gununsesi.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, adalardan 3-ü və yarımada Egey və Aralıq dənizlərində, 1 ada isə Bursa şəhərindəki Uluabat gölündə yerləşir.
Məlumatda bildirilir ki, satışa çıxarılan daşınmaz əmlaklarla bağlı təkliflər qəbul olunub. Yüksək təklif verənlər arasında adları açıqlanmayan azərbaycanlı investorlar da var. Azərbaycanla yanaşı Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Dubaydan da təkliflər gəlib.
Qeyd edək ki, adalardan ən ucuzunun qiyməti 17 milyon, ən böyük və ən bahalısının isə 145 milyon lirədir.