Azərbaycanlı yelkənçi beynəlxalq yarışda 4-cü yeri tutub - FOTOLAR

  • By admin
  • 02 Aprel 2018 13:50

Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasında 4-cü yeri tutub.

Federasiyadan bildirilib ki, Azərbaycan Yelkənli İdman Federasiyasının aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayıb. İndiyədək dinamik məşqlərə start verən Yelkənli İdman Federasiyasının yelkənçiləri Azərbaycanı bir çox beynəlxalq yarışda uğurla təmsil ediblər.

 

Gununsesi.info