
Ukraynanın paytaxtı Kiyev şəhərində mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin qoyulduğu parkın ətrafında yeni çoxmərtəbəli binanın inşa edilməsi qalmaqala səbəb olub. Şəhərin bir qrup sakini Kiyev meriyasından park salınması adı ilə alınan ərazidə qeyri-qanuni biznes mərkəzinin tikintisinə etiraz edib. Etiraz edən sakinlər Azərbaycanın Ukraynadakı səfirliyinin qarşısına gəliblər.
Gununsesi.org missiya.az-a istinadən xəbər verir ki, 20 mərtəbəli otel və biznes mərkəzi “Курганівська 7” ünvanında inşa olunur.
Sakinlər iddia edir ki, ərazi meriyadan park üçün alınıb. Amma işbazlar bu torpağı təyinatı üzrə istifadə etmir. Bu isə parkın ətrafında yaşayan sakinlərin etirazına səbəb olub. Ona görə də etiraz məqsədi ilə səfirliyimizə üz tutublar.
Aksiyada Kiyevin ictimai-siyasi xadimləri də iştirak edib.
Акція під посольством Азербайджану
Publicerat av Всесвітньо-Броварське Телебачення Måndag 22 juni 2020