
2017-ci ilin 8 ayında Gürcüstana 1,14 milyon azərbaycanlı turist səfər edib.
Gununsesi.info Gürcüstan Milli Bankının yaydığı məlumata əsasən xəbər verir ki, 2017-ci ilin 8 ayında Gürcüstana 5 milyon turist səfər edib və onlar bu ölkədə 1,86 milyard dollar xərcləyiblər.
Bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,9% çoxdur. 2017-ci ilin avqust ayında Gürcüstana gələn turistlər 391 milyon dollar xərcləyiblər. Bu da ötən illə müqayisədə 31 % çoxdur.
Ölkəyə səfər edən tursitlərə gəldikdə isə hər zaman olduğu kimi liderliyi Azərbaycan qoruyub saxlayır. Son 8 ayda Gürcüstana 1,14 milyon azərbaycanlı səfər edib ki, bu da ötən illə müqayisədə 10% çoxdur.
İkinci yerdə Ermənistan qərarlaşıb ki, bu ölkədən 1,1 milyon erməni Gürcüstana səfər edib. Rusiyadan Gürcüstana 955 min turist gəlib ki, bu da ötən illə müqayisədə 34 faiz çoxdur. Türkiyədən 813 min, İrandan 220 min, Ukraynadan 135 min, İsraildən 84 min, Səudiyyə Ərəbistanından 46 min, Qazaxstandan 42 min, Polşadan isə 37 min turist Gürcüstana səfər edib.
Gununsesi.info











