Azərbaycanlılar Moskvada etiraz aksiyası keçirir - Xüsusi təyinatlılar əraziyə yeridildi (VİDEO)

  • By arzu
  • 15 May 2020 18:23
Sosial şəbəkələrdə bir qrup azərbaycanlının Moskva şəhərində etiraz aksiyası keçirməsi xəbərləri yerləşdirilib.
Məlumata görə, onlar Azərbaycan əsilli yəhudi milyarder Qod Nisanova məxsus Food City adlı bazarda qiymətlər qaldırıldığına görə, narazılıqlarını ifadə edirlər.
Gununsesi.org bildirir ki, videolardan da göründüyü kimi, milyarderin əlaltıları etirazçılardan birini döyə-döyə aparmağa cəhd edərkən, digər sahibkarlar buna etiraz ediblər.
Çəkilən videolarda əraziyə təhlükəsizlik qüvvələrinin – xüsusi təyinatlıların gəldiyi görülür.
Onlar böyük etiraz dalğasını yatırmaq üçün nümayişçiləri götürərək ərazidən uzaqlaşdırırlar.
Məlumatlara görə, həmin bazarda çalışan işçilərin böyük əksəriyyəti azərbaycanlılardır.
Daha geniş şəkildə aşağıdakı videolardan izləyə bilərsiniz:


Gununsesi.org