Azərbaycanlılar Xankəndinə qayıdır? – Paşinyanın ofisindən ziddiyyətli AÇIQLAMA

  • By admin
  • 18 Dekabr 2020 19:37

Azərbaycan Statistika Komitəsinin Xankəndi qeydiyyatında 12024 azərbaycanlı sakinin olması barədə açıqlaması ciddi müzakirələrə yol açıb.

Həmin sakinlərin doğma yurdlarına qayıtması ehtimalına reaksiya verən Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Qevorqyan bu məlumatı “dezinformasiya” adlandırdımışdı.

“Təəssüf ki, bəzi erməni KİV-ləri cəmiyyətdə Azərbaycandan gələn yalan indormasiyanın yayılmasına vasitəçi olur”-deyə o, “Armenpress” agentliyinə söyləmişdi.

Amma bunun ardınca, Mane Qevorqyan “Panorama.am” saytına açıqlamasında azərbaycanlıların Xankəndiyə dönüşünü istisna etməyib. Onun budəfəki fikirləri ilk açıqlaması ilə ciddi ziddiyyət təşkil edib.

“Azərbaycanlılar deyir ki, Xankəndiyə 12 min sakin qayıdacaq. Üçtərəfli razılaşmada məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi barədə müddəa var. Onların sayı, yaxud başqa məqamlar barədə danışa bilmərəm. Mən Azərbaycanda bu ölkənin nümayəndəsi deyiləm”-deyə Qevorqyan söyləyib.

Paşinyanın mətbuat katibinin açıqlaması Ermınistan cəmiyyətində ciddi suallar doğurub. Mətbuat katibi qeyri-professionallıqda ittiham edilib.

 

Gununsesi.info