
Türkiyənin “Çağdaş Holdinq” şirkətlər qrupu Bodrumda iki otel və yaşayış kompleksi tikir. Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, dəyəri 100 milyon avro olan otelin tikintisi 2018-ci ildə, yaşayış kompleksinin tikintisi isə 2017-ci ildə başa çatacaq. Belə ki, yaşayış kompleksindəki mənzillər əsasən ərəb, rus və azərbaycanlı investorlar üçün nəzərdə tutulduğu bildirilib.
Gununsesi.info