Azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı - ÖLƏNLƏR VAR

Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, hadisə zamanı “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

HTML tutorial

Qəza nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir.

Yaralılar arasında üç Azərbaycan vətəndaşı da var.

İlkin ehtimallara görə, hadisə “Hyundai Solaris” avtomobilinin əks yola çıxması nəticəsində baş verib.

Gununsesi.org