Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anıldı - FOTO+VİDEO

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə anım mərasimi keçirilib.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

HTML tutorial

Tədbirdə soyqırımı qurbanlarının xatirəsi anılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları xüsusi vurğulanaraq bu sahədə görülən işlərdən danışılıb.