Azərcell-də “Zənglə Qazan” xidmətini göstərən Novamediaya şirkətinin dələduzluğu ortaya çıxdı

  • By admin
  • 15 Sentyabr 2016 11:09
azercell
Azərcell-də “Zənglə Qazan” xidmətini göstərən Novamediaya şirkəti dələduzluqla məşğuldur.
Gununsesi.info xəbər verir ki, belə bir qənaətə gənc fəal, bloqer Bəxtiyar Hacıyev Azərcell-də “Zənglə Qazan” xidmətində baş verən fırıldaqlar barədə apardığı araşdırma nəticəsində  gəlib.
Gənc fəal B. Hacıyev hər gün  minlərlə Novamediya şirkətinin  Azercell abunəçisinə  “Zənglə Qazan” xidməti  adı altında   fırıldaqla insanların pullarını yeməsi faktını aşkara çıxarıb.
B.Hacıyevın araşdırmalarının nəticələrini siz oxculara təqdim edirik. “Belə ki, Azersell abunəçilərinin telefonlarına  “Təbrik edirik, nömrənizə Zənglə Qazan-dan 1 həftə pulsuz abunəlik təqdim olundu! Pulsuz həftəni qəbul etmək üçün 5050-yə mesaj göndər”  SMS-i göndərilir. İstifadəçi boş, “assdasda” kimi mənasız, yaxud onların siyahısında olmayan söyüş də göndərsə, sizin nömrə düşür bazalarına, 1 həftə sizə “təbrik edirik, xal qazandınız” tipli mesajların ortasında, “2 gün sonra abunəlik bitəcək və gündəlik abunə haqqı 24 qəpik olacaq” yazılır, bundan sonra balansınızdan hər gün pul çıxırlar.
Nə ilk SMS-də, nə bundan sonrakı gündəlik SMS-lərdə abunəliyi dayandırmaq üçün heç bir məlumat olmur. “Xidməti Azercell, yoxsa başqasının göstərməsi qeyd edilmir. Dayandırmaq üçün mütləq mobil rabitə operatoruna zəng etməli, sonra bu şirkətə zəng etməli, şərtləri öyrənməlisiniz. Bunlara zəng də pulludur”-deyə, B. Hacıyev vurğulayıb.
Yaranmış vəziyyətlə bağlı Novamediya şirkətinin rəhbərliyi ilə görüşən və vəziyyəti araşdıran gənc fəal Bş Hacıyev  əlavə edib ki, söhbət zamanı mənim onların dələduzluqla məşğul olmaqları ilə bağlı arqumentlərim bunlar idi:
“Birincisi, mənimlə Novamedia arasında heç bir xidmət müqaviləsi yoxdursa, onlar mənə hansı xidməti, necə göstəriblər ki, buna görə hesabımdan pul siliblər?  Bu, Azərbaycan qanunvericiliyinə ziddir, qanunsuz sahibkarlıqdır, cinayətdir.
İkincisi, göndərdikləri ilk və sonrakı SMS-lərin Azercell, yaxud başqası tərəfindən göndərilməsi aydın deyil. “Pulsuz abunəlik qazandınız” istifadəçilərdə Azercelldən pulsuz dəqiqələr qazanmağı çağrışdır və istifadəçilərin bu tələyə düşməsi, Novamedianın hiyləsidir və bu hiyləyə görə camaat pulundan olmalı deyil.
Üçüncüsü,ilk SMS-də “1 həftəlik pulsuz abunəliyi qəbul edin” təklifini qəbul etmək, sonrakı həftələrdə pullu xidməti qəbul etmək demək deyil. İlk SMS-ə cavab göndərməklə istifadəçi təklif olunan ilk həftəni qəbul edir, növbəti həftələr üçün heç bir SMSə cavab yazılmadığı halda, pulun silinməsi qanunsuzluq, dələduzluqdur.
Dördüncüsü, bunların etdiyi “kinoteatra giriş pulsuzdur” reklamı edib, içəri girən vətəndaşlara “çıxış pulludur” edib, çıxışı çətinləşdirərək, qəlizləşdirərək, onları aldatmaqdır.
Beşincisi, başa düşürəm, ölkədə daha böyük problemlər var. Lakin, on minlərlə, yüz minlərlə mobil rabitə istifadəçisinin bu dələduzluq qurbanı olaraq hər ay hesabından ortalama 10 AZN mənimsənilməsi də az şey deyil”-deyə, B.Hacıyev qeyd edib.
B. Hacıyevin sözlərinə görə, mənəvi baxımdan da, hüquqi baxımdan da, bu problemlə mübarizə aparılmalıdır və şəxsən mən əlimdən gələn bütün imkanlarla bunu aparmağa çalışacam:
Böyük qələbələr uzun illər alınmaya bilər, ancaq insanları kiçik məsələlərdə də olsa, kiçik qələbələrə öyrəşdirmək lazımdır, nəticə, uğur göstərmək lazımdır. Buna görə də sosial şəbəkə istifadəçilərinin, mətbuatın və hüquqşünas dostların dəstəyinə ehtiyac var. Başda Novamedia olmaqla, bu kimi şirkətlərlə məhkəmə işlərində, ictimaiyyəti belə dələduzluqlardan qorunmağa hazırlamaqda hamımız bacardığımızı etməliyik.
Gununsesi.info