
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il iyulun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 119 milyard 314 milyon ABŞ dolları gəlir əldə edib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya bildirilib ki, bu ilin birinci yarısında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 305 milyon dollar vəsait daxil olub.
Gununsesi.info